GÜLƏR ƏHMƏDOVAYA hökm oxundu
Bakı Ağır Cinayətlər Məhkəməsində sabiq deputat Gülər Əhmədovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Lent.az-ın məlumatına görə, hakim Əlisoltan Osmanovun sədrliyi ilə keçirilən prosesdə G.Əhmədova son sözlə çıxış edib. Sabiq deputat səhhəti ilə bağlı olaraq, son sözünü oturaq vəziyyətdə deyib. Sabiq deputat çıxışında bildirib ki, ittiham aktına baxarkən dəhşətə gəlib: “Bəzi məsələlər cinayət işinə daxil edilməyib. Xüsusilə Elşad Abdullayevlə Sevinc Babayevanın telefon danışıqlarının audioyazısı və Novella Cəfəroğlunun ofisində Elşad Abdullayevlə baş tutan görüşün videosu ittiham aktına əlavə edilməyib. Bu işlə bağlı ən tutarlı sözləri də Sevinc Babayeva Novella Cəfəroğlunun otağında deyib".
G.Əhmədova çıxışın sonunda prezident İlham Əliyevə müraciət edib: “Mən sadiqəm və sadiq olaraq qalacağam. Xahiş edirəm, mənə mərhəmətli olasınız. Azyaşlı övladımı, həyat yoldaşımın və özümün səhhətimi nəzərə alasınız”.
Çıxışdan sonra hökm oxunub. Məhkəmənin hökmü ilə G.Əhmədova 3 il müddətinə azadlıqdan məhrum edilib.
Dövlət ittihamçısı məhkəmədən G.Əhmədovanın 4 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI