Ermənistanda son bir ayda ikinci zavod partladı

Ermənistanda spirtsiz içkilərin istehsalı ilə məşğul olan "Sipan" zavodunda partlayış baş verib.

 

APA TV-nin erməni mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

Abovyan şəhərində baş verən hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Zavodun binasının uçma təhlükəsi var. Hadisə yerində xilasedicilər işləyir. 

Xatırladaq ki, bu yaxınlarda İrəvanda kimyəvi zavodda da partlayış baş vermişdi.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR