Ucarda "NİVA" yük maşınına çırpıldı: 3 yaralı

Ucarda 3 nəfərin ağır xəsarəti ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə ötən gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun Ucar rayonunun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

 

Bakı istiqamətində hərəkətdə olan "NİVA" markalı minik maşını texnika daşımaq üçün nəzərdə tutulan yük maşını ilə toqquşub. Nəticədə minik maşınında olan Bakı şəhər sakinləri - 1992-ci il təvəllüdlü Orucəli Əlibaba oğlu Əliheydərov, 1995-ci il təvəllüdlü Vüqar Nizam oğlu Ömərov və 1993-cü il təvəllüdlü Əkbər Zahir oğlu Quliyev müxtəlif xəsarətlərlə ağır vəziyyətdə Ucar Mərkəzi Rayon Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Yaralılara ilkin yardım göstərilib və onlar müalicələrini davam etdirmək məqsədilə paytaxta göndəriliblər.

 

Məlumata görə, zərərçəkənlər hərbçi olan yaxın qohumlarının yanından gəlirmiş. Faktla araşdırma aparılır. 

Müəllif | Apa.Tv
Zahid Abışov

OXŞAR XƏBƏRLƏR