Dilqəm Əsgərovun oğlu ATƏT-in Varşava sammitində iştirak edib
Ermənistan tərəfindən girov saxlanılan Dilqəm Əsgərov və Şahbaz Quliyevin Hüquqlarını Müdafiə Komitəsinin növbəti iclası keçirilib.
APA TV-nin xəbərinə görə, iclasda Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərovun 11-22 sentyabr tarixlərində Varşavada ATƏT-in sammitində iştirakı müzakirə edilib.
Kürdoğlu Əsgərov sammitdə keçirdiyi görüşlər barədə iştirakçılara məlumat verib. O bildirib ki, toplantıda Dilqəm Əsgərov və Şahbaz Quliyevin girovluqdan azad edilməsi məsələsi gündəmə gətirilib: "Atam və Şahbazın girovluqda qaldıqları barədə onlara məlumat verdik. Atam və Şahbazın şəkillərini göstərdik, əvvəlki şəkillərini və hazırda girov götürüldükdən sonra hansı hala düşdüklərini göstərdik. Ordakı diplomat və səfirlərlə görüşümüz oldu. Şahbazla bağlı onlara məlumat verdik, sentyabrın 22-də Ermənistanın Varşavadakı səfirliyi qarşısında aksiya keçirildi".
Qeyd edək ki, 2014-cü ilin iyul ayında Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcərdə öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan əsgərləri tərəfindən girov götürülüb. Digər Azərbaycan vətəndaşı Həsən Həsənov isə güllələnərək öldürülüb. Həsən Həsənovun meyiti düşməndən alınaraq Bakıda dəfn edilib. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz “məhkəmə” qurulub. “Məhkəmə”nin qərarı ilə Dilqım Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub