Allahşükür Paşazadə: "Azərbaycan İraqın şimalında keçirilən "referendum"a qarşıdır"
"Vaxtında qarşısı alınmayan və düzgün siyasi qiymət verilməyən hadisələr sonradan daha ağır cinayətlərin törədilməsinə səbəb olur. Əzəli torpaqlarının 20 faizi erməni işğalı altında olan Azərbaycanın Xocalı qəsəbəsində ermənilərin törətdikləri soyqırıma düzgün qiymət verilsəydi, müsəlmanlara qarşı başqa soyqırımlar həyata keçirilməzdi".
APA TV-nin məlumatına görə, bu açıqlamanı Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazadə verib.
A.Paşazadə separatçılıqdan əziyyət çəkən bir ölkə kimi Azərbaycanın İraqın şimalında keçirilən referenduma qətiyyətlə qarşı olduğunu vurğulayıb. O, FETÖ-nün 15 iyul 2016-cı ildəki hərbi çevriliş təşəbbüsünə Azərbaycan xalqının fikrinin birmənalı şəkildə mənfi olduğunu və tam həmrəy şəkildə Türkiyə dövlətini dəstəklədiyini xatırladıb.
Xatırladaq ki, QMİ-nin təşkilatçılığı ilə Türkiyənin İstanbul şəhərində "Türkiyə və Azərbaycan timsalında islam həmrəyliyi" mövzusunda beynəlxalq konfrans keçirilir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub