Rusiya şokda: adamyeyən ər və arvad tutuldu

Rusiyanın Krasnodar diyarının Kuban şəhərində 30-dan çox insanı qətlə yetirməkdə şübhəli bilinən ailə saxlanılıb.

 

APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, ailənin oğurladıqları insanları öldürərək yedikləri bildirilir.

 

Hüquq-mühafizə orqanları ər-arvadın insanları oğurlayaraq qətlə yetirdiyini, daha sonra qalıqlarından konserv hazırladıqlarını müəyyən edib. Qətlə yetirilənlərin cəsədlərinin bir hissəsi şübhəli şəxslərin evindəki soyuducuda tapılıb.

 

Qeyd edək ki, cinayət fəhlələrin sentyabrın 11-də Krasnodarın Repin küçəsindən mobil telefon tapması ilə üzə çıxıb. Həmin telefonda 35 yaşlı yerli sakinin naməlum qadın cəsədinin hissələri ilə fotosu olub. Cəsədin qalıqları səhərisi gün Dzerjinski adına Hərbi Aviasiya Məktəbinin ərazisində tapılıb. Ərazidə paket və insan cəsədinin hissələri olan vedrə aşkarlanıb.

 

Bundan başqa, telefonda tutulan ər-arvadın qətlə yetirdikləri digər insanların müxtəlif bədən üzvləri ilə selfi fotoları üzə çıxıb.

 

Mətbuat hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən yazır ki, telefonun sahibi iki qətli etiraf edib. Şəkil çəkdirdiyi bədən hissələrinin sahibindən başqa, o, 2012-ci ildə daha bir nəfəri qətlə yetirdiyini bildirib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR