Binəli Yıldırım: "Bərzaninin inadı hərbi müdaxiləyə zəmin yaradıb"

"İraqın şimalında keçirilən "referendum" qanunsuzdur, nəticələri tanımayacağıq". APA TV-nin məlumatına görə, bu açıqlamanı Türkiyənin baş naziri Binəli Yıldırım verib.


Hökumət rəhbəri əlavə edib ki, Məsud Bərzaninin inadı hərbi müdaxiləyə zəmin yaradıb. Türkiyədən sonra İraq Milli Təhlükəsizlik Şurasının da toplandığını deyən Binəli Yıldırım əgər hər hansı bir hərbi müdaxilə baş verəcəksə, bu addımın Bağdadla müştərək atılacağını qeyd edib: "Bizim 40 illik terrorla mübarizə təcrübəmiz var. Sərhədimizin cənubundakı PKK terrorçularına qarşı hər zaman hava əməliyyatı keçirə bilərik. Buna qarşı bir maneçilik törədilərsə lazımi tədbirləri görəcəyik. Bunu İraq mərkəzi hökuməti ilə edəcəyik. Türkmənlərə qarşı orada böyük bir qırğın başlanarsa, soyqırım törədilərsə, buna qarşı laqeyd qalacağımızı kimsə gözləməsin".

 

Baş nazir "referendum"un problemlər yaradacağını deyib. Ölkəsinin vətəndaşı olan yük daşıyıcılarına qarşı peşmərgə tərəfindən maneçilik törədiləcəyi təqdirdə sərhədlərimizdən kənarda olsa belə anında qarşılıq veriləcəyini bildirib.

 

Bundan  sonra İraqın şimalındakı muxtar hökumətin etdikləri təcridlərə rəğmən, xoş niyyət və səylərin davam etməsindən söhbət gedə bilməz: "Türkiyə-İraq sərhədində keçirilən hərbi təlimlərə İraq da qatılmaq qərarı verib. Başqa işlər də görüləcək. İran və İraqla bu böhranın böyümədən həll olunması yönündə bütün səylərimizi göstərəcəyik".

 

Bərzaninin şəxsi problemlərinin olduğunu deyən Binəli  Yıldırım onu təhrik edənlərin olduğunu bildirib. Qarşıdakı çətin günlərdə isə həmin dövlətlərin onun arxasında durmayacaqlarını iddia edib: "Gələcək illərdə seçkilər var və bu günə qədər də zatən orda parlamenti toplamaq mümkün olmayıb. Bərzaninin konsolidasiyaya ehtiyacı olduğunu düşünürəm".


Türkiyə üçün cənub sərhədlərində - istər İraq, istərsə də Suriya ərazisində status-kvo dəyişikliyi, yeni bir formalaşma qəbul edilməzdir.  Bununla bağlı hər cür müdaxilə haqqımızdan ikitərəfli və beynəlxalq razılaşmalara bağlı olaraq istifadə edə bilərik.

 

Buna rəğmən baş nazir bölgədə hansısa müharibənin başlanmasından söhbətin getmədiyini vurğulayıb: "Biz döyüşə girmirik. Təhlükəsizlik tədbirləri alırıq. Afrində bir atəşkəs bölgəsi sahəsi yaratmaq üçün addım atırıq. Bunu "müharibə" deyə qiymətləndirmək xəta olar. Deyək ki, bizim TIR gedir, peşmərgə yükünü soydu. Bu bizim vətəndaşımız qarşı edilmiş cinayətdir. Təbii ki, bunun cavabını verəcəyik. Bizim bölgədə 12-13 yerdə hərbi düşərgəmiz var".

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR