Cabir Abdullayev Milli Konservatoriyadakı işinə bərpa olundu

Əməkdar artist Cabir Abdullayev Milli Konservatoriyada pedaqoji fəaliyyətini davam etdirəcək. Bu barədə APA TV-yə xanəndənin özü məlumat verib: “Anlaşılmazlıq olmuşdu. Dərs bölgüsü ilə bağlı idi. Mənimlə bərabər işsiz qalan müəllimlər də işlərinə bərpa olunublar. Çox sevindim. Mediaya da məsələni diqqətdə saxladığınıza görə təşəkkür edirəm. Sağ olun ki, sənət adamlarına bu cür diqqət göstərirsiniz. Allah razı olsun!”

 

Xatırladaq ki, bir müddət əvvəl əməkdar artist Cabir Abdullayevin işdən çıxarılması ilə bağlı xəbər yayılmışdı. Milli Konservatoriyanın rektoru Siyavuş Kərimi bunu maliyyə çətinliyi ilə əlaqələndirmişdi: “Azərbaycanda hər yerdə ixtisarlar gedir, maliyyə problemləri var. Cabir Abdullayev mənim dostumdur, gözəl musiqiçidir. 10 ildir Konservatoriyada çalışır. Bu müddətdə heç kim ona bir söz də deməyib. Özünüz görürsünüz ki, ölkədə maliyyə çətinliyi var”.

 

Rektor Cabir Abdullayevin yeni işlə təmin olunması üçün müəyyən işlər görüldüyünü də qeyd etmişdi: “Biz çalışırıq ona köməklik göstərək. Sadəcə, zaman lazımdır. Daxili resurslarımıza baxırıq ki, Cabir işlə təmin olunsun”. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR