Ruhani və Ərdoğan arasında danışıq olub - "BƏRZANİ REFERENDUMU"NA MÜNASİBƏT
İran prezidenti İraqın şimalında keçirilən "referendum"a münasibət bildirib.
APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Həsən Ruhani İraqın baş naziri Haydar əl-Abadi ilə telefon danışığında rəsmi Bağdadın mövqeyini dəstəklədiklərini bildirib.
Dövlət başçısı qeyd edib ki, Tehran İraqın bütünlüyünü təhlükə altına qoyan bu addımı pisləyir. Hökumət rəhbəri İrana dəstəyə görə təşəkkürünü bildirib.
Bundan başqa, Ruhani ilə Türkiyə dövlət başçısı Rəcəb Tayyib Ərdoğan arasında da telefon danışığı olub. Prezidentlər Şimali İraq Kürd Muxtariyyətində başlayan "referendum"la bağlı müzakirə aparıb. Tərəflər həmrəylik nümayiş etdirib.
OXŞAR XƏBƏRLƏR
12:50
363
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
379
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
696
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
677
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
690
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
522