8 saat dayanmadan uçan göyərçinlər - LƏNKƏRANDAN REPORTAJ
Lənkəranın Velədi kənd sakini Cabir Məmmədov müxtəlif ölkələrdən göyərçin və quşlar gətirərək təsərrüfat yaradıb.
APA TV-nin cənub bürosunun xəbərinə görə, Cabir Məmmədovun təsərrüfatında artıq 200-ə yaxın quş və 10 toyuq növü var.
O, təsərrüfatı ilk dəfə Pakistandan gətizdirdiyi İmperator və Pakistan növləri ilə qurub: "Əvvəlcə bu toxumdan bir dənə Moskvadan gəldi, biri də İrandan. Onları cütləşdirib toxumlarını artırdım, yumurta qoydular, oğurlayıb qoydum başqa quşun altına. Belə çoxaltdım".
Uzun illərdir el şənliklərində operator kimi çalışan Cabir deyir ki, xaricdən göyərçin gətirib saxlamaq heç də asan deyil, çünki iqlimə uyğunlaşmalıdır. Quşların saxlanma şəraiti və düzgün yemlənməsi də əsas şərtlərdəndir: "Bunların bir işi də yaxşıdır ki, xaricdən quş alırsan, bizim yemləri yemir. Məcbursan yemini də alasan, buda baha başa gəlir. Bu quşlara bizim dənlərdən buğda, qarğıdalı, "semiçka" veririk, heç problem yoxdur, daha da yaxşı inkişaf edir".
Cabir təsərrüfatında göyərçinlərlə yanaşı, Zibrit və Bırama növləri olan toyuqlar da saxlayır. Hazırda onun üçün ən gəlirli sahə göyərçin təsərrüfatıdır. Deyir, göyərçinləri əvvəllər sifarişlə qonşu ölkələrə satırdı: "Məndə Pakistan sortu, İran şirazisi, qarabaşlar var. Bir beş-altı növ quşum var, onları hələlik satmıram, çoxaldıram ki, genişləndirim bu sahəni. Satmağa da qalsa, 50-150 manat qiyməti var üstündə".
Təsərrüfat sahibi deyir ki, yeni gətirilən bu göyərçinlərin özəllikləri var. Onlar dayanmadan 8 saat uça bilirlər.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub