Rus ehtimalı, Amerika müdaxiləsi, OPEK hesabatı - NEFT UCUZLAŞIR
Dünya bazarında həftənin ilk seanslarında xam neftin qiymətləri ucuzlaşıb.
APA TV-nin məlumatına görə, "Brent" markalı neft şənbə günü satışlarına nisbətən 50 sent ucuz satılır. Bir barel hazırda 56,30 dollardan təklif olunur.
OPEK-in sədri Məhəmməd Barkindo razılaşmaya imza atan ölkələrin ötən ay neft hasilatını azaltma siyasətinə 100 faiz əməl etdiyini və ehtiyatların böyük ölçüdə azaldığını bildirib. Rusiya isə ehtiyac olduğu halda müqavilənin müddətinin mart ayından sonraya qədər də uzadıla biləcəyini elan edib.
Neft bu ay ehtiyacın artması və ABŞ-da qasırğalar sonrası zavodların fəaliyyətini bərpa etməsi ilə birlikdə 7 faizdən çox dəyər qazanıb. Eyni zamanda ABŞ-da aktiv işlək neft quyularının sayı ardıcıl üç həftədir azalmaqda davam edir.
Bu arada Qərbi Texas nefti də ucuzlaşıb. Hazırda WTI nefti 50,49 dollardan təklif olunur.
Mütəxəssislər dünyada neft ehtiyatlarının gözlənildiyindən daha az sürətlə azaldığını bildirir. Digər tərəfdən ABŞ-da qaya nefti hasilatçılarının istehsalı artıracağı proqnozlaşdırılır. Bu isə qismətlərin artımının sərhədli olacağı anlamına gəlir.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub