Piyada vuruldu, sakinlər yolu bağladı, sonra daha bir qəza - QANLI HACIQABUL YOLU

Hacıqabul rayonunda piyadanın ölümü ilə nəticələnən yol nəqliyyat hadisəsi başqa bir avtoqəzaya da səbəb olub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, axşam saatlarında Bakı-Qazax magistral yolunun 150-ci kilometrliyində, Hacıqabul rayonunun Qarasu kəndi ərazisində "Toyota" markalı minik maşını həmin kənd sakini, 1991-ci il təvəllüdlü Babayev Röyal Bəşir oğlunu vurub. 26 yaşlı gənc aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

Hadisənin səbəbini yolların işıqlandırılmamasında görən və buna etiraz edən kənd sakinləri həmin əraziyə toplaşıb və magistral yolda avtomobillərin hərəkətinə mane olmağa çalışıb. Bu zaman qarşısında izdihamı görən “Ford” markalı avtomobilin sürücüsü sürəti azaltmağa məcbur olub. Nəticədə arxadan gələn “Mercedes” markalı ağırtonnajlı qoşqulu yük maşını həmin nəqliyyat vasitəsini vuraraq yol kənarındakı kanala aşırıb. Bu qəzada isə 3 nəfər yüngül xəsarət alıb.

Hər iki faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsi araşdırma aparır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR