Neftçala sakininin 1200 ot bağlaması çardaqda yandı

Neftçalada yanğın olub. Hadisə rayonun Qazax bərəsi kəndində qeydə alınıb.

APA TV-nin məlumatına görə, yanğın zamanı kənd sakini, 62 yaşlı Nurəddin Abdullayevə məxsus çardaqda yığılmış ot tayası yanıb. Havanın küləkli olması hadisənin sürətlənməsinə təkan verib.

Yanğınla bağlı Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat verilib və əraziyə nazirliyin Salyan rayon Yanğından Mühafizə Hissəsinin iki yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb edilib. Yanğın tez bir zamanda söndürülüb və onun digər tikililərə keçməsinin qarşısı alınıb. Yanğın nəticəsində 1200 ədəd ot bağlaması və çardağın bir hissəsi yanıb.

Hadisənin dəqiq səbəbləri araşdırılır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR