Bakı-Qazax yolunda "Mercedes"in vurduğu 44 yaşlı xəstəxanada keçindi

Hacıqabulda piyadanın vurulması ilə nəticələnən yol nəqliyyat hadisəsi qeydə alınıb. APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, avtoqəza Bakı-Qazax magistral yolunun 94-cü kilometrliyində, Hacıqabul rayonunun Nəvahi kəndi ərazisində baş verib.

“Mercedes” markalı avtomobil yolu keçən Nəvahi kənd sakini, 1973-cü il təvəllüdlü Xanəliyev Bünyad Musa oğlunu vuraraq ağır yaralayıb. Yaralı kəllə-beyin travması və sınıq xəsarətləri ilə Şirvan şəhər xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib. Ancaq həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı BDYPİ tərəfindən araşdırma aparıır.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR