Türkiyə İraqın şimalını vurdu, İraq generalı təcili Ankaraya gəldi
Türkiyə Silahlı Qüvvələri İraqın şimalındakı Avaşin-Basyan və Hakurk bölgələrini bombalayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi mlumata görə, hava əməliyyatı zamanı terror təşkilatının silah anbarları, terrorçuların yaşadığı düşərgələr və atəş nöqtələri darmadağın edilib.
Zərbələr nəticəsində azı iki PKK-çının məhv edildiyi qeyd olunur.
Bombalanan ərazilərdən Türkiyə ərazisinə hücum planlaşdırıldığı barədə məlumat ələ keçib.
Bu arada Şimali İraq Kürd Muxtariyyətində "müstəqillik referendumu" müzakirələri davam edərkən, İraq ordusunun Baş Qərargah rəisi Osman Qanimi Türkiyəyə gəlib. O, türkiyəli həmkarı Hulusi Akarla görüşüb. Görüşdə generallar bölgədəki mövcud vəziyyəti, xüsusilə Məsud Bərzaninin sentyabrın 25-də keçirmək istədiyi referendum, bu referendumun İraqın bütünlüyünə xələl gətirəcəyi təqdirdə, atılacaq ortaq addımlar müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub