Yaxın qonşudan beldən aşağı zərbə: ÇİNDƏN ŞİMALİ KOREYAYA SƏRT QADAĞA!
Çin Şimali Koreyaya neft məhsullarının ixracını məhdudlaşdırır. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, proses oktyabrın 1-dən başlayacaq.
Bundan əlavə, rəsmi Pekin sentyabrın 23-dən Şimali Koreyaya mayeləşdirilmiş təbii qaz və digər yanacaq növlərinin, dekabrın 11-dən isə tekstil məhsullarının satışına tam qadağa qoyacaq.
Çinin Ticarət Nazirliyi bu qərarı BMT TŞ-nın qətnaməsinə uyğun olaraq qəbul etdiklərini açıqlayıb.
Xatırladaq ki, ali qurumda Şimali Koreyanın həyata keçirdiyi ballistik raket sınağından sonra adı çəkilən ölkəyə qarşı sanksiyaların tətbiq edilməsinə yekdilliklə səs verilib.
ABŞ prezidenti Donald Tramp isə Pxenyanla əməkdaşlıq edəcək ölkələrə Vaşinqton tərəfindən sərt sanksiyalar tətbiq ediləcəyini söyləmişdi.
Qeyd edək ki, bundan əvvəl Çin Şimali Koreya vətəndaşlarına ölkə ərazisində hər hansı bizneslə məşğul olmalarına qadağa qoymuşdu.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub