Mark Zukerberq "Facebook"un səhmlərini satışa çıxardı
Mark Zukerberq yaradıcısı olduğu "Facebook"un səhmlərinin bir hissəsini satışa çıxaracağını bəyan edib.
APA TV-nin məlumatına görə, sosial şəbəkənin 75 milyon dollarlıq hissələri satılacaq.
"Biz işimizi sürətləndirməyə və əvvəlcədən səhmlərimizin bir hissəsini satmağa qərar vermişik. Düşünürəm ki, satış işini 18 aya bitirəcəyik. Əldə olunacaq məbləği isə təhsil, elm və hüquq sahəsinə dəstək işinə sərf edəcəyik" - deyən Zukerberq bununla yanaşı, "Facebook"a azı 20 il müddətində nəzarət edəcəyini bildirib. O, bu məqsədlə Direktorlar Şurasına yeni növ səhmlərin buraxılmasını tapşırıb.
Mark Zukerberqin bu bəyanatı bazarda "Facebook" səhmlərinin dəyərini xeyli artırıb. Bundan əvvəl isə "Facebook"un qurucusu şəbəkənin səhmlərini hissələr şəklində ömrünün son gününədək satışa çıxaracağını açıqlamışdı.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub