Türkiyə: İraq Kürdüstanındakı referendum legitim deyil
Türkiyə Milli Təhlükəsizlik Şurası İraq Kürdüstanında keçiriləcək referendumu qeyri-legitim və qəbuledilməz adlandırıb.
APA TV-nin məlumatına görə, bu barədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının iclasının yekununa dair bəyanatda bildirilir.
“Referendum baş tutduğu halda, Türkiyə beynəlxalq hüququ müdafiə edəcək. İraqın xalqları - ərəblər, kürdlər, türkmənlər yalnız vahid ölkə çərçivəsində sülhdə yaşaya bilərlər. Referendumun nəticələri olduqca mənfi fəsadlar verə bilər”, sənəddə vurğulanıb.
Bəyanatda həmçinin bildirilib ki, rəsmi Ankara İraq Kürdüstanı ilə İraqın mərkəzi hökuməti arasında bütün mübahisəli məsələləri konstitusiya əsasında həll etmək üçün səy göstərməyə hazırdır.
Qeyd edək ki, İraq Kürdüstanı Yerli İdarəçiliyinin rəhbəri Məsud Bərzani sentyabrın 25-də İraq Kürdüstanında müstəqillik referendumunun keçirilməsi barədə qərar qəbul edib. İraq hökuməti və parlamenti referendumun qanunsuz olduğunu bəyan edib. ABŞ, Almaniya, Fransa və BMT nümayəndələri M.Bərzani ilə görüşərək alternativ təklif irəli sürərək referendumu təxirə salmağa çağırıblar. İraq Kürdüstanının ali seçki qurumu isə Qərbin müstəqillik referendumunun təxirə salınması təklifini rədd edib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub