Şəhidləri təhqir edən “Türkiyə gözəli-2017”nin tacı əlindən alındı
“Türkiyə gözəli-2017” gözəllik mücabiqəsi qalmaqalla yekunlaşıb. APA TV-in məlumatına görə, sentyabrın 21-də keçirilən müsabiqədə Itır Esen “Tükiyə gözəli” seçilib. Bu nəticə sosial şəbəkələrdə qızğın müzakirələrə səbəb olub. Belə ki, Itır Esenin bu il iyulun 16-da “Twitter” hesabından15 iyul şəhidlərini təhqir etdiyi üzə çıxıb.
Müzakirə və etirazlardan sonra “Türkiyə gözəli” müsabiqəsinin təşkilat komitəsi nəticələrə yenidən baxmalı olub. Komitənin yaydığı məlumatda deyilir ki, Itır Esenin “Twitter” yazısının araşdırılıb və belə bir paylaşım yolverilməzdir. Nəticədə Itır Esenin tacı əlindən alınıb və müsabiqədə ikinci olan Aslı Sumen “Türkiyə gözəli-2017” elan edilib. Müvafiq olaraq, üçüncü və dördüncü yerlərin sahiblərinin də statusu dəyişib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub