Tramp Şimali Koreya liderini “dəli” adlandırıb
ABŞ prezidenti Donald Tramp Şimali Koreya rəhbəri Kim Çen Inı “dəli” adlandırıb.
APA TV-nin məlumatına görə, bu barədə D. Tramp özünün “Twitter” səhifəsində yazıb. “Şimali Koreyanın Kim Çen Inı aydındır ki, dəlidir. O, öz xalqının aclığına və ölümünə sakit yanaşır. Onu heç zaman qarşılaşmadığı sınaqlar gözləyir”,- deyə ABŞ prezidenti yazıb.
Qeyd edək ki, BMT Baş Assambleyasında çıxışı zamanı Donald Tramp KXDR-in ABŞ və onun müttəfiqlərinə təhdid törətməkdə davam edəcəyi təqdirdə, bu ölkəni tamamilə məhv etməyə hazır olduqlarını bildirib. Cavabında isə Kim Çen In ABŞ-a qarşı tarixdə ən böyük cavab tədbirləri görəcəyini bəyan edib.
OXŞAR XƏBƏRLƏR
12:50
375
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
390
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
708
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
680
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
692
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
524