Bakı-Qazax yolunda qəza: yaralanan var

Bakı-Qazax magistral yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə yolun Şəmkir rayonu ərazisindən keçən hissəsində qeydə alınıb. “Mercedes” və VAZ-2104 markalı avtomobillərin toqquşması nəticəsində VAZ-ın sürücüsü, Şəmkir rayon sakini, 1986-cı il təvəllüdlü Asəf Mehdiyev bədən xəsarətləri alıb. Sürücü Şəmkir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR