Gədəbəy dəhşət: keçmiş polis işçisi ata və anasını öldürdü
Gədəbəy sakini ata və anasını qətlə yetirib. Hadisə rayonun Qurudərə kəndində qeydə alınıb. Ailəsi ilə Bakıda yaşayan, yayda kəndə atasının evinin yaxınlığında olan evinə təsərrüfatla məşğul olmağa gələn 55 yaşlı Şöhrət Məsimov atası 86 yaşlı Mikayıl Məsimovu və anası 79 yaşlı Ayna Məsimovanı bıçaqlayaraq qətlə yetirib. Cinayəti törədən Şöhrət Məsimov hadisə yerindən qaçıb.
Məlumata görə yaşlı ər-arvad evdə 15 yaşlı qız nəvələri ilə qalırmış. Hadisə baş verən vaxt qız mağazaya gedibmiş. Ş. Məsimovun sərxoş vəziyyətdə cinayəti törətdiyi ehtimal olunur. Kənd sakinlərinin dediklərinə görə Şöhrət əvvəllər polis əməkdaşı olub. Rusiyaya oxumağa gedən zaman orada cinayət törətdiyi üçün həbs edilib və daxili işlər orqanlarından uzaqlaşdırılıb.
Hazırda cinayəti törədən Şöhrət Məsimovun axtarışı həyata keçirilir.
Daxili İşlər Nazirliyinin yaydığı məlumata görə, qətl ailə-məişət münaqişəsi zəminində törədilib.
Faktla əlaqədar cinayət işi başlanıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub