Prezident Balaxanı Sənaye Parkının açılışında iştirak edib
Azərbaycan prezidenti İlham Əliyev Balaxanı Sənaye Parkının açılışında iştirak edib.
APA TV-nin məlumatına görə, dövlət başçısı Balaxanı Sənaye Parkının rəmzi açılışını bildirən lenti kəsib.
Prezident İlham Əliyev Balaxanı bərk məişət tullantılarının zərərsizləşdirilməsi poliqonunda görülən işlərlə də tanış olub.
İqtisadiyyat naziri Şahin Mustafayev görülən işlərlə bağlı dövlət başçına ətraflı məlumat verib.
Balaxanı Sənaye Parkında ilkin mərhələdə ümumilikdə 400-ə yaxın daimi iş yeri yaradılacaq.
Dövlət başçısı Balaxanı Sənaye Parkında yaradılan müəssisələrlə yaxından tanış olub. Sənaye Parkın rezidentlərindən biri “Az.Ekol.” MMC-dir. Müəssisə plastik-PET butulkaların təkrar emalından plastik qırıntıların istehsalı üzrə fəaliyyət göstərəcək. Layihənin ümumi investisiya məbləği 1,5 milyon manatdır. Müəssisənin illik istehsal gücü 1500 tondur. İstehsal sahəsində 30-dan çox daimi iş yeri açılacaq. İstehsal prosesi zamanı plastik butulkalardan alınacaq yüksək keyfiyyətli plastik qırıntıların xarici ölkələrə ixracı nəzərdə tutulur. Gələcəkdə qırıntılardan son məhsul olan plastik ipliyin istehsalı da planlaşdırılır.
Prezident İlham Əliyev Balaxanı Sənaye Parkının digər rezidenti - “Ekokat” MMC-nin fəaliyyəti ilə də tanış olub. Müəssisə işlənmiş mühərrik yağlarının emalı üzrə fəaliyyət göstərəcək. İnvestisiya qoyuluşu 1 milyon manat təşkil edən müəssisənin illik istehsal gücü 3000 tondur. Rezidentə İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 200 min manat məbləğində güzəştli kredit vəsaiti verilib. Bu güzəştli kredit hesabına Türkiyə və Çindən emal avadanlıqları alınıb.
Balaxanı Sənaye Parkının daha bir rezidenti isə fərdi sahibkar Etibar Eminovun “Çapar” poliqrafiya müəssisədir. Prezident müəssisə ilə yaxından tanış olub. Bildirilib ki, burada tullantı kağızlardan istifadə olunmaqla çap-poliqrafiya məhsulları istehsal ediləcək. Müəssisənin ümumi investisiya məbləği 1 milyon manatdır, illik istehsal gücü 348 tondur. Artıq müəssisə sifarişlər də qəbul etməyə başlayıb.
Dövlət başçısı Balaxanı Sənaye Parkının daha bir rezidenti - “METAK” MMC-nin müəssisəsinin fəaliyyəti ilə də tanış olub. Müəssisə tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı ilə məşğul olacaq.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub