Çin rəsmisi: Şimali Koreya ilə ticarət əlaqələrimiz davam edir

"Çin Pxenyanın növbəti nüvə sınağı keçirməsini pisləyir və tərəfləri təmkinli olmağa çağırır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bu bəyanatla Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kanq çıxış edib.

 

O, Koreya yarımadasındakı vəziyyətin son dərəcə gərgin olduğuna diqqət çəkərək, tərəfləri səbir nümayiş etdirməyə, situasiyanı daha da gərginləşdirməməyə dəvət edib.

 

L.Kanq eyni zamanda ABŞ prezidentinin Cənubi Koreya və Yaponiya liderləri ilə danışıqlar öncəsi Çin Bankı və Şimali Koreya arasında ticarət əlaqələrinə son qoyulduğu ilə bağlı dediklərini də təkzib edib.

 

Qeyd edək ki, D.Trampın həmin çıxışından sonra rəsmi Pxenyan Sakit okean üzərindən şiddətli hidrogen bombasını sınaqdan keçirə biləcəyini açıqlayıb.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR