"Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mədəniyyət Mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sifarişi ilə çəkilmiş "Şəhadət" sənədli filminin təqdimat mərasimi keçirilib.
APA TV-nin xəbərinə görə, təqdimat mərasimində DQİDK, DTX, Dövlət Sərhəd Xidməti, Müdafiə və Daxili İşlər nazirliklərinin rəhbər heyəti və əməkdaşları, Yeni Azərbaycan Partiyasının fəal gəncləri və dini icma nümayəndələri iştirak ediblər.
Tədbirdə sənədli film nümayiş etdirilib.
"Şəhadət" sənədli filmi Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsinə həsr olunub. Filmdə şəhid qəhrəmanlarla yanaşı, dini fanatizm və radikalizmin təsirinə məruz qalaraq bir sıra xarici ölkələrdə ekstremist-terrorçu silahlı birləşmələrin tərkibində döyüşmüş şəxslərdən bəhs olunur. Bu iki müxtəlif amal uğrunda mübarizə aparmış Azərbaycan gənclərinə cəmiyyət, onların ailələri, yaxınları və dostları tərəfindən göstərilən fərqli münasibət diqqətə çatdırılır.
Gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə olan, dini fanatizm, radikalizm və ekstremizm meyllərinə qarşı preventiv xarakter daşıyan filmin rejissoru və ssenari müəllifi Nadir Bədəlov, məsləhətçiləri Dövlət Komitəsinin sədr müavinləri Səyavuş Heydərov və Gündüz İsmayılovdur.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub