Nazir Səlim Müslümov Ağcabədidə sakinləri qəbul edib
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Ağcabədi rayonunda vətəndaşlarla görüşü. APA TV-nin Qarabağ bürosunun məlumatına görə, nazir bu rayonun, həmçinin Bərdə, Tərtər, Ağdam, Laçın rayonlarının sakinlərini fərdi qaydada qəbul edib.
Müraciətlər əsasən imtiyazlı kateqoriyalardan olan şəxslərin dövlət büdcəsi hesabına mənzillə, reabilitasiya xidmətləri ilə təmin edilməsi, məşğulluq, sosial təminat növlərinə hüququn müəyyən olunması, pensiya və sosial sığorta münasibətləri, aktiv əmək bazarı proqramlarına cəlb edilmə, əmək hüquqlarının müdafiəsi və s. məsələlərlə bağlı olub.
Bütün müraciətlər nazirliyin aidiyyəti struktur bölmələrinin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə araşdırılaraq cavablandırılıb. Sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara hüquqi izahatlar verilib.
Nazir Səlim Müslümov aktiv məşğulluq tədbirlərinin də davam etdirildiyini, nazirliyin məşğulluq orqanları vasitəsilə Ağcabədi, Ağdam, Bərdə, Tərtər, Laçın rayonları üzrə bu ilin 8 ayında ümumilikdə 1500 nəfərin münasib iş yerləri ilə təmin olunduğunu, 60 nəfərin peşə hazırlığına cəlb edildiyini bildirib.
Qəbul zamanı nazirliyin səlahiyyət dairəsinə aid olmayan məsələlərə dair müraciətlər aidiyyəti qurumlara çatdırılmaq üçün qeydiyyata alınıb.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub