Kim Çen In: "Mən o xəstə qocanı atəşlə məhv edəcəyəm"
Şimali Koreya lideri televiziya vasitəsi ilə xalqa müraciət edib. APA TV-nin məlumatına görə, Kim Çen In ABŞ prezidenti Donald Trampın ölkəsinə müharibə elan etdiyini iddia edib.
O, Ağ Ev rəhbərinin BMT Baş Assambleyasındakı çıxışında Pxenyana qarşı bəyanatını məhz bu cür dəyərləndirdiyini bildirib.
Kim Çen In Trampın "Şimali Koreyanı məhv edərik" ifadəsini ciddi təhlükə adlandırıb və buna görə də nüvə proqramının inkişafının, həmçinin ballistik raket sınaqlarının davam etdirilməsinin vacib olduğunu deyib: "Biz bunu qorxudan yox, düşmən qarşısında güclü olmaq üçün etməliyik və mən o xəstə qocaya atəşlə cavab verəcəyəm".
Nyu-Yorkda BMT Baş Assambleyasının sessiyasında iştirak edən Şimali Koreyanın xarici işlər naziri Li Yon Ho isə jurnalistlərə bildirib ki, Pxenyan Donald Trampın BMT-dəki nitqinə cavab olaraq, Sakit okeanda hidrogen bombasını sınaqdan keçirəcək.
Qeyd edək ki, Donald Tramp çıxışında Şimali Koreyanın ABŞ-ın təhlükəsizliyinə təhdid yaradacağı təqdirdə bu ölkə yerlə yeksan edəcəyini deyib.
Bu arada Tramp sürpriz şəkildə Şimali Koreya ilə danışıqların mümkünlüyünü istisna etməyib. Jurnalistin Pxenyanla danışıqların mümkünlüyü barədə sualına D.Trampın cavabı "Niyə də yox?" olub.
Qeyd edək ki, bundan əvvəl ABŞ prezidenti Donald Tramp Şimali Koreya ilə ticarət əlaqəsi saxlayan şirkətlər, banklar və fiziki şəxslərə qarşı sanksiyaları sərtləşdirib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub