Tillerson: "Rusiya "soyuq müharibə"dən sonrakı öhdəliklərini pozub"

"Rusiya "Kütləvi qırğın silahlarının yayılmaması haqqında razılaşma"nın, habelə MAQATE-nin gizli nüvə proqramları istiqamətindəki təhqiqatın tələblərini pozub".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.

 

Rəsmi Moskvanı "soyuq müharibə"dən sonra əldə olunmuş beynəlxalq təhlükəsizlik təminatlarını pozmaqda suçlayan Tillerson qeyd edib ki, Koreya yarımadasındakı böhranın həllində etibarlı tərəfdaş olduğunu isbatlamaq üçün Rusiya nüvə təhlükəsizliyinin bütün tələblərinə əməl etməlidir.

 

Xatırladaq ki, sözügedən razılaşma 1987-ci ildə ABŞ və SSRİ arazında imzalanıb.

 

 

 

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR