Neftin qiyməti 57 dollara çata bilər
Neftin qiyməti birja həftəsinin son ticarət sessiyasına kimi 57 dollara çata bilər. APA TV-nin məlumatına görə, səhər seanslarında “Brent” markalı neftin qiyməti 56,52 dollara çatıb. Bu, son ayların ən yüksək qiyməti hesab olunur. Qərbi Texas neftinin qiymətində isə ciddi irəliləyiş qeydə alınmayıb, səhər seanslarında WTİ neftinin bir bareli 50,42 dollardan təklif olunur.
İki marka arasında qiymət fərqinin 6 dolları keçməsi ABŞ-ın neft emalı müəssisələrinin tam gücü ilə işləməməsi ilə izah olunur. Ölkənin kommersiya neft ehtiyatları artsa da, müəssisələr bu nefti emal etmək imkanına malik deyil. Bu səbəbdən ölkədə benzin ehtiyatları azalır, neft ehtiyatları isə artmaqda davam edir. Prosesin gələn həftə də təkrarlanacağı gözlənilir.
Bu gün “Baker Hughes” şirkəti ABŞ və Kanadada şist neftinin hasilatına cəlb olunan buruqların sayına dair növbəti hesabatı açıqlayacaq. Buruqların sayının üçüncü həftə də azalacağı gözlənilir. Neftin mövcud qiyməti hasilatı səmərəli etsə də, ölkədə xam neftə hasilatın azalması neft hasilatının cəlbediciliyini aşağı salır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub