Tramp: "Ərdoğanla dost olduq, çox yaxınıq"

ABŞ prezidenti Donald Tramp və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan İraq Kürd Muxtariyyətində müstəqillik referendumuna qarşı çıxış edərək, onun keçiriləcəyi təqdirdə ciddi fəsadlara səbəb olacağını bəyan ediblər.  

 

APA TV-nin məlumatına görə, bu barədə Ağ Evin Nyu Yorkda D.Tramp və R.T.Ərdoğan arasında baş tutan görüşün yekunlarına dair məlumatında bildirilir: "Prezidentlər kürd liderlərini bütün məsələlər üzrə intensiv danışıqlar prosesinə başlamağa çağırıb. ABŞ və Türkiyə bu prosesi qəbul etməyə və hərtərəfli dəstək verməyə hazırdır".

ABŞ prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğanla görüşündə ABŞ və Türkiyənin həmişəkindən daha yaxın olduqlarını bildirib. "Ərdoğan artıq mənim dostumdur, onun liderliyi çox yüksək qiymətləndirilir" - deyə, Tramp qeyd edib.    

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR