Sabirabadda 5 və 3 yaşlı bacı-qardaşın ölüm səbəbi araşdırılır
Sabirabadda bir ailənin iki azyaşlı uşağı müəmmalı şəkildə ölüb. APA TV-nin Mil-Muğan bürosu xəbər verir ki, hadisə rayonun Həşimxanlı kəndində baş verib.
Əsədovlar ailəsi 28 gün əvvəl 3 yaşlı Əlvanı itirib. Yaxınları deyir ki, babasının adını daşıyan uşaqda fəsillə əlaqəli allergik xəstəlik var imiş. Ancaq sentyabrın 19-da dünyasını dəyişən 5 yaşlı Səmada indiyə qədər heç bir xəstəlik müşahidə olunmayıb. 5 yaşlı Səma Əsədli yatıb və oyanmayıb. Onun ölümünə inanmaq istəməyən anası, babası və yaxınları uşağı Şirvan şəhər xəstəxanasına aparıb, ancaq orada da məyusedici cavab alıblar.
Ölümün hansı səbəbdən baş verdiyi isə ekspertizanın rəyindən sonra məlum olacaq.
OXŞAR XƏBƏRLƏR
12:50
393
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
406
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
723
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
684
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
695
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
527