İstanbul aeroportuna enən özəl təyyarə yandı - YARALILAR VAR
İstanbulun Atatürk adına beynəlxalq hava limanında kiçik tutumlu özəl təyyarə hərəkət zamanı uçuş-eniş zolağından çıxaraq yanıb. APA TV "Doğan" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər xəsarət alıb.
Məlumata görə, təyyarə qəza enişi edirmiş. Uçuşdan bir qədər sonra mühərriklərindən biri sıradan çıxdığı üçün dərhal geri qayıdıb. Ancaq eniş sərt alındığına görə təkərlərdən biri zədələnib və təyyarə zolaqdan kənara çıxaraq yanıb. Həmin vaxt təyyarədə iki pilot, stüardessa və bir sərnişin olub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə yanğınsöndürənlər cəlb edilib. Yanğın hazırda söndürülüb. Hadisəyə görə aeroportda təyyarələrin uçuşu-enişi müvəqqəti dayandırılıb.
OXŞAR XƏBƏRLƏR
12:50
393
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
406
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
723
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
684
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
695
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
527