Keçmiş yun fabrikinin ərazisində top mərmisi aşkarlandı - YEVLAXDA

Yevlax rayonunda hazırda fəaliyyət göstərməyən yun fabrikinin həyətində partlamamış hərbi sursat tapılıb. Mərmi yaxınlıqda yaşayan sakinlər tərəfindən aşkarlanıb və bu barədə Fövqəladə Hallar Nazirliyinə məlumat verilib.

APA TV xəbər verir ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzi Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) nümayəndələrini də məlumatlandırıb.

Daxil olan məlumat əsasında agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib. Agentliyin mütəxəssisləri həmin əraziyə baxış keçirib və sakinlərin aşkarladığı yad cismin 115 mm-lik top mərmisi olduğunu bildib.

Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində aşkar olunmuş top mərmisi (BM-3) götürülərək zərərsizləşdirilməsi üçün agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Qeyd edək ki, ərazidə Ağdamdan məcburi köçkün olan 7 ailə məskunlaşıb.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR