Sumqayıtda telefon oğrusu: "Birini 70 manata satırdım"

Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi əməkdaşları əvvəllər məhkum olunmuş Elman Ələkbərovu saxlayıb. O, toy mərasimlərinin keçirildiyi restoran və şadlıq evlərindəki qonaqların mobil telefonlarını gizli yolla oğurlamaqda təqsirli bilinir.

APA TV xəbər verir ki, saxlanılan şəxsin ətrafında aparılmış əlavə əməliyyat tədbirləri nəticəsində onun ayrı-ayrı vaxtlarda şəhər ərazisindəki müxtəlif şadlıq evlərindən eyni üsulla 11 nəfərin mobil telefonunu oğurladığı məlum olub.

Oğurlanan mobil telefonların bir neçəsi Elman Ələkbərovun yaşadığı mənzildən aşkar edilərək maddi sübut kimi götürülüb. Qeyd edək ki, Elman Ələkbərovun bu qanunsuz əməlləri şadlıq evlərinin müşahidə kameraları vasitəsilə də qeydə alınıb.

Faktla bağlı Sumqayıt ŞPİ-də cinayət işi başlanılıb. Polis oğurluq etməkdə şübhəli bilinən Elman Ələkbərovun digər analoji cinayətlərdə də iştirakını istisna etmir. Onun əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə, Sumqayıt ŞPİ-nə və ya 1-ci PB-nə müraciət edə bilərlər.

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR