Ağdamda 15 yaşlı qızı maşın vurub öldürdü

Ağdamda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, rayonun Xındırıstan kəndində Saday Arif oğlu Heydərov idarə etdiyi “VAZ-2107” markalı, 10 MD 477 nömrə nişanlı avtomobillə 15 yaşlı Qasımova Humay Firdovsi qızını vurub. Yeniyetmə aldığı xəsarətdən hadisə yerində ölüb.

 

Sürücü saxlanılaraq Ağdam Rayon Polis Şöbəsinə aparılıb. Araşdırmalar davam etdirilir.

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR