Siyavuş Kərimi Cabir Abdullayevin işdən çıxarılmasının səbəbini açıqladı
"Əməkdar artist Cabir Abdullayevin Milli Konservatoriyadan çıxarılması məsələsini çox şişirdirlər, düzgün informasiya vermirlər".
APA TV-nin məlumatına görə, bunu Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib.
Təhsil ocağının rəhbəri məsələyə belə aydınlıq gətirib: “Azərbaycanda hər yerdə ixtisarlar gedir, maliyyə problemləri var. Cabir Abdullayev mənim dostumdur, gözəl musiqiçidir. 10 ildir Konservatoriyada çalışır. Bu müddətdə heç kim ona bir söz də deməyib. Özünüz görürsünüz ki, ölkədə maliyyə çətinliyi var. Maliyyə problemlərinə görə bu il muğam festivalı keçirilmədi”.
Rektor qeyd edib ki, Cabir Abdullayevin yeni işlə təmin olunması üçün köməklik göstərilir: “Biz çalışırıq ona köməklik göstərək. Sadəcə, zaman lazımdır. Daxili resurslarımıza baxırıq ki, Cabir işlə təmin olunsun”.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub