Rusiya: Suriyadakı kürd və erməni silahlı qruplaşmalarını məhv edəcəyik

Rusiya Müdafiə Nazirliyi Suriyadakı ABŞ hərbi komandanlığına sərt xəbərdarlıq edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Rusiya tərəfi "Suriya Demokratik Qüvvələri"ni darmadağın edəcəyini bildirib.

Buna səbəb kimi adı çəkilən qruplaşmanın Rusiya hərbçiləri ilə Suriya ordusunun İŞİD-ə qarşı müştərək keçirdiyi əməliyyatlara mane olması göstərilir.

"Kürd silahlılarından ibarət bu qruplaşmanın mövcudluğu Deyr-əz-Zor əməliyyatını başa çatdırmaq planlarımızı pozur" - deyə, Rusiya komandanlığından bildirilib.

Qeyd olunur ki, "Suriya Demokratik Qüvvələri" bir neçə dəfə Suriya ordusunu atəşə tutub.

Suriyadakı Rusiya hərbi qüvvələrinin komandanı general-mayor İqor Konaşenkov ümumiyyətlə adı çəkilən qruplaşmanın anti-terror əməliyyatlarına heç bir aidiyyətinin olmadığını iddia edib: ""Suriya Demokratik Qüvvələri" adlanan bu birləşmənin tərkibində əsasən kürdlər və ermənilər döyüşür. Onlar qanuni Suriya hakimiyyətinə qarşı mübarizə aparır. ABŞ-ın dəstəklədiyi bu qruplaşmanın mövcudluğu yalnız İŞİD-in işinə yarayır".

Rusiyalı general Suriyada sülhün bərqərar edilməsinə mane olan istənilən qüvvənin məhv ediləcəyini bəyan edib.


 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR