Tramp İranla bağlı qərar verib, amma gizli saxlanılır - AĞ EVDƏN AÇIQLAMA
"Prezident Donald Tramp İranın nüvə razılaşmasının ləğv edilib-edilməyəcəyi ilə bağlı qərarını verib". APA TV-nin məlumatına görə, bu barədə Ağ Evdən bildirilib.
BMT Baş Assambleyasındakı çıxışından sonra Britaniya baş naziri Tereza Mey Trampdan hansı qənaətə gəldiyini soruşsa da, dövlət başçısı heç bir açıqlama verməyib.
Dövlət katibi Reks Tillerson da bundan məlumatlı olduğunu bildirib, o, bunu jurnalistlərə açıqlamasında deyib.
Bu arada BMT-nin mənzil qərargahında Rusiya, Britaniya, Çin, ABŞ, Fransa və Almaniya da daxil olmaqla "altılıq" ölkələrinin Tehranı təmsil edən nümayəndə heyəti ilə məsələ ilə bağlı açıq danışıqlar apardığı bildirilir.
ABŞ-ın xarici işlər naziri qeyd edib ki, İran razılaşmaya söz verdiyi kimi əməl etmir, sazişdən əlində əlavə silah kimi yararlanır.
"Biz bu razılaşmadan sonra bölgədə stabillik yaranacağını gözləyirdik, lakin bu baş vermir. Regionda sabitliyin yaranması üçün İran böyük təsirə malikdir".
Tillerson əlavə edib ki, rəsmi Tehran Suriyada Bəşər Əsədi dəstəkləməkdə davam edir, üstəlik bu dəstəyi artırır.
"Bu azmış kimi İran Yəmən və İraqda baş verənlərə yalnız öz maraqları çərçivəsində təsir göstərir. ABŞ-ın Fars körfəzindəki gəmilərinə təhlükəli hücumları da bura əlavə etmək lazımdır".
İrana təzyiqlərin davam etdiriləcəyini bildirən Dövlət Departamentinin rəhbəri ballistik raket sınaqlarına son vermədiyi üçün adı çəkilən ölkəyə əlavə sanksiyalar tətbiq ediləcəyini istisna etməyib.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub