Əli Həsənov: “Sərkisyan çıxışı ilə özünü biabır etdi”
"Prezident İlham Əliyev BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışı ilə son 200 ildə bütün dünya ermənilərinin azərbaycanlılara və türklərə qarşı törətdikləri soyqırımları üzərində diplomatik qələbə çaldı. Bütün dünyaya nümayiş etdirdi ki, Azərbaycan sülhsevər ölkədir, Azərbaycan xalqı və dövləti sülh istəyir. Lakin cinayətkar Ermənistan rejimi bunun tam əleyhinədir. Çünki Sərkisyan və Köçəryan rejimi azərbaycanlıların tökülmüş qanı üzərində hakimiyyətə gəliblər".
APA TV-nin məlumatına görə, bu fikirləri "Böyük qayıdışın başlanğıcı-Cocuq Mərcanlı” filminin təqdimat mərasimindən sonra Ermənistan prezidenti Serj Sərkisyanın BMT Baş Assambleyasının 72-ci sessiyasında çıxışına münasibət bildirərkən deyib.
O qeyd edib ki, Sərkisyan bu çıxışla özünü biabır edib:
"Ermənistan papağını qarşısına qoyub fikirlərşsin. O rejim bu problemin həllinə getməyəcək. Özlərinə normal erməni rəhbər tapsınlar. Hansı ki, öz xalqına hörmət eləsin. Öz millətini və dövlətini aclıqdan çıxarsın. Ermənilərin xaricə köçünü dayandırsın”.
Əli Həsənov qeyd edib ki, Serj Sərkisyanın BMT-dəki çıxışı onun həyasızlığının, abırsızlığının nümunəsidir və o çıxış Ermənistan prezidentinin öz beyninin məhsulu deyil.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub