Dövlət orqanlarının "ASAN Xidmət"ləri qiymətləndirilib
“ASAN Xidmət indeksi” üzrə qiymətləndirmənin nəticələrinə və tətbiq olunan yeniliklərə dair təqdimat mərasimi keçirilib.
APA Tv-nin xəbərinə görə, təqdimat Azərbaycan prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və ADA Universitetinin birgə təşkilatçılığı baş tutub.
Tədbirdə qeyd olunub ki, dövlət xidmətlərinin “ASAN Xidmət indeksi”ni təşkil edən parametrlər üzrə qiymətləndirilməsi işi başa çatdırılıb. Pilot layihə çərçivəsində Daxili İşlər, Vergilər, Ədliyyə, İqtisadiyyat, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Dövlət Miqrasiya Xidməti, Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Gömrük Komitəsi, Milli Arxiv İdarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Bakı rayonlarının icra hakimiyyəti orqanlarının ümumilikdə 412 xidməti üzrə nəticələr ictimaiyyətə açıqlanıb. Nəticələr barədə arayışlar Dövlət Xidmətlərinin Elektron Reyestri vasitəsilə dövlət orqanlarına təqdim ediləcək.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub