Masallıda Qarabağ əlilinin meyiti tapıldı - MÜƏMMALI ÖLÜM

Masallıda Qarabağ əlilinin meyiti yol kənarında tapılıb. APA TV-nin cənub bürosunun xəbərinə görə, rayonun Digah kənd  sakini, 45 yaşlı Rafiq İsmayılov 3 gün əvvəl naməlum şəraitdə yoxa çıxıb.

 

Toylarda nağara ifaçısı kimi tanınan Rafiqin yaxınları onun axtarışına çıxıb. Ötən gün təsadüf nəticəsində onun meyiti Ələt-Astara yolunun kənarında meşəlik ərazidə aşkar edilib. Meyit müayinə olunmaqdan ötrü Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib. İlkin müayinə zamanı onun üzərində hər hansı zorakılıq əlamətləri aşkar edilməyib. Rafiq İsmayılovun hansı səbəbdən öldüyü ekspertizanın rəyindən sonra məlum olacaq.

 

Fakt araşdırılır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR