Əsəd qüvvələri ABŞ hərbçilərini vurdu: RUSİYA DƏRHAL AÇIQLAMA VERDİ
"Deyr-əz-Zor yaxın günlərdə bütünlüklə İŞİD-dən təmizlənəcək". APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, şəhərin 85 faizi tamamilə Suriya ordusunun nəzarətindədir.
Son bir neçə gün ərzində hökumət qüvvələri terrorçulara qarşı uğurlu əməliyyatlar keçirib. Nəticədə İŞİD-in son müqavimət istehkamı da məhv edilib. "Ötən gecə ordu daha iki yaşayış məntəqəsini geri alıb. Terrorçular ciddi itki verərək Fəratın qarşı sahilinə keçməyə məcbur olub" - deyə, ordu komandalığından bildirilir.
Bu arada Suriya hökumət qüvvələri ABŞ xüsusi təyinatlılarının olduğu bölgəni bombalayıb. Ərazi minaatanlardan və raketlərdən atəşə tutulub.
Rəsmi Dəməşqdən insidentlə bağlı açıqlama verilib: "Bölgədə "Suriya Demokratik Qüvvələri"nin hərəkətləri bizim keçirdiyimiz anti-terror əməliyyatlarına və Rusiya PUA-larınınkəşfiyyat çəkilişlərinə mane olur. Son bir həftə ərzində isə İŞİD-in həmin qüvvələrlə bir toqquşması belə qeydə alınmayıb".
Rusiya Müdafiə Nazirliyindən isə iddia edilir ki, ABŞ-ın dəstəyi ilə start verilən "Rəqqa əməliyyatı" dayandırılıb: "Səbəblər bizə dəqiq aydın deyil. Amma Rəqqanın 25 faizinin hələ də terrorçuların nəzarətində olduğunu bilirik".
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub