ABŞ Bərzaniyə daha bir xəbərdarlıq etdi: "Referenduma qarşıyıq!"

ABŞ-dan növbəti dəfə Şimali İraq Kürd Muxtar Vilayətində keçirilməsi nəzərdə tutulan müstəqillik referendumuna qarşı sərt reaksiya verilib.

 

APA TV-nin məlumatına görə, xarici işlər nazirliyinin sözçüsü Heather Nauert sentyabrın 25-ə təyin olunmuş referendum haqqında açıqlama verib. Nazirlik rəsmisi İraqa qonşu ölkələrin hamısının nəzərdə tutulan referenduma qarşı olduğunu diqqətə çatdırıb:

 

"ABŞ sərt bir şəkildə muxtar vilayətin rəhbərliyinin sentyabrın 25-də keçirmək istədiyi müstəqillik referendumuna qarşı çıxmaqdadır. Referendum keçirilərsə böyük ehtimalla Bağdad müzakirələrdə olmayacaq", deyən sözçü, beynəlxalq ictimaiyyətin də dəstəyinin qarşısının alınacağını vurğulayıb.

 

Nauert kürdlər də daxil, bu qərarın bütün iraqlılara baha başa gələcəyini deyib, referendum müzakirələrinin İŞİD terror təşkilatına qarşı mübarizəyə pis təsir etdiyini bildirib.

 

"Referendum muxtar vilayətdə ticarət əlaqələrinə təhlükə yaradacaq və edilən hər cür yardıma mənfi təsir edəcək. ABŞ və beynəlxalq təşkilatların dəstəklədiyi alternativ yola diqqət edilsə referendum lazımsızdır".

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR