Bakıda 33 dərəcə isti olacaq
Sentyabrın 22-də Bakı və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcək.
ETSN-dən APA TV-yə verilən məlumata görə, səhər yarımadanın bəzi yerlərində zəif duman olacaq. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturunun gecə 18-22, gündüz 29-34 dərəcə isti, Bakıda gecə 20-22, gündüz 31-33 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün birinci yarısında bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək.
Havanın temperaturunun gecə 15-20, gündüz 30-35 dərəcə isti, dağlarda gecə 11-16, gündüz 21-26 dərəcə isti olacağı gözlənilir.
OXŞAR XƏBƏRLƏR
12:50
413
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
12:09
422
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
19:12
737
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
13:35
687
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
11:53
697
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub
11:33
529