Nazir Trampı təhqir etdi: "Onun hədələri it hürməsidir"

Koreya Xalq Demokratik Respublikasının xarici işlə naziri ABŞ prezidenti Donald Trampı təhqir edib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Li Yon Ho sərt sözləri Ağ Ev rəhbərinin BMT Baş Assambleyasının 72-ci sessiyasında Pxenyana qarşı çıxışına münasibət bildirərkən dilə gətirib:

"Əgər o, bizim qorxduğumuzu düşünürsə, yanılır. Bizi belə hürmələrlə qorxutmaq mümkün deyil. ABŞ da, onun müttəfiqlərinə də cavab verməyə gücümüz və cəsarətimiz çatar".


Nazir bu sözləri məhz Nyu-Yorkda, BMT-nin toplantısında iştirakı zamanı deyib.

Xatırladaq ki, Donald Tramp ali tribunadan Şimali Koreyanı yer üzündən siləcəklərini bəyan edib.

 


 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR