Oyuncaq mağazasını qarət edənlər ələ keçdi
Abşeron rayonunda oyuncaq mağazasını qarət etməkdə şübhəli bilinən şəxslər həbs olunub.
APA TV-nin xəbərinə görə, bu il iyul ayının 27-də rayon ərazisindəki oyuncaq mağazalarının birindən 41 manat və 1000 manat dəyərində oyuncaq oğurlanması barədə Polis İdarəsinə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində 23 yaşlı Vurğun Həsənov və 18 yaşlı Orxan Hacıyev tutulublar.
Avtoyuma məntəqəsində işləyən Vurğun Həsənov oğurluq təklifinin Orxan tərəfindən gəldiyini bildirib.
Saxlanılan şəxslərin ətrafında aparılan araşdırmalar zamanı məlum olub ki, dəstə üzvlərinin eyni zamanda bu il avqustun 7-də Xırdalan şəhərində yerləşən Saf Psixoloji Mərkəzindən 1 ədəd 600 manat dəyərində kompüter və ümumi dəyəri 500 manat olan 2 ədəd mobil telefon oğurlamaları da təsdiqini tapıb.
Faktlarla bağlı Abşeron Rayon Polis İdarəsində cinayət işi başlanıb. Araşdırmalar aparılır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub