Çin: Qərb İranla əldə olunan razılşamaya əməl etməlidir

"Çin əvəlkitək tərəflərin İranla bağlı razılaşmaya əməl etməsində israrlıdır".

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, bunu Çin Xarici İşlər Nazirliyinin rəsmisi Lu Kan deyib.

 

ABŞ dövlət katibi Reks Tillersonun bəyanatına münasibət bildirən L. Kan tərəflərin əldə olunan bu nəticəyə sadiq qalacağına ümidvar olduqlarına diqqət çəkib: "Tərəfləri qane edən bu razılaşma qlobal problemin danışıqlar yolu ilə həllinə ən yaxşı nümunə olmaqla, Yaxın Şərqdə sülh və stabilliyin təminatında əsas amildir".

 

Qeyd edək ki, bir qədər əvvəl R. Tillerson razılaşmanın bir müddət sonra qüvvəsini itirəcək bəndləri ilə bağlı narahatlığını ifadə etmişdi

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR