Zəlzələ dağıtdı, vulkan püskürdü, tufan başlayır - MEKSİKADA ÖLÜ SAYI ARTIR
Meksikada baş verən dəhşətli zəlzələ nəticəsində ölü sayı artıb. APA TV-nin məlumatına görə, həyatını itirənlərin sayı artıq 220-ni keçib.
Episentri paytaxta 110 kilometr məsafədə qeydə alının yeraltı təkanlar Mexikoda 97, ona yaxın yaşayış məntəqələrində 9, Morelos ştatında 64, Pueblada 32, Oaxaka və Gerreroda 2 nəfərin ölümünə səbəb olub.
Yerli telekanallar zəlzələnin dağıntılara səbəb olduğu ərazilərdən yayımlar edir. Mexikoda dağılan bir neçə məktəb binasında 22 uşaq həyatını itirib, 30 uşağın dağıntılar altında qaldığı bildirilir. Xilasetmə işlərinə və axtarışlara start verilib.
Yaşayış binaları da uçub, xarabalıqlar altında insanların qaldığı istisna edilmir.
Yerli sakinlər təkanlar zamanı binalardan birinin necə uçduğunu mobil telefona köçürə bilib.
Paytaxtda fövqəladə vəziyyət elan edilib.
Zəlzələdən sonra Meksikada Popokapetel vulkanı da oyanıb. Paytaxt səmasını qara tüstü qatı bürüməyə başlayıb.
Bütün bunlar azmış kimi ölkə sahillərinə "Mariya" qasırğası yaxınlaşır. Karib dənizi hövzəsində yerləşən Qvadelupe adasında güclü külək artıq 2 nəfərin həyatına son qoyub, 2 nəfər itkin düşüb.
Küləyin sürəti hazırda saatda 260 kilometrə çatır.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub