Ərdoğan Trampla, İlham Əliyev Meylə eyni masa arxasında - ZİYAFƏTDƏN SƏMİMİ FOTOLAR
BMT Baş Assambleyasının 72-ci sessiyasında heyət rəhbərlərinin şərəfinə ziyafət təşkil olunub.
APA TV-nin Türkiyə mətbuatına istinadən məlumatına görə, ziyafətdə ABŞ prezidenti Donald Tramp Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın masasına yaxınlaşıb, onlar arasında səmimi söhbət olub.
Mətbuat nümayəndələrinin iştirak etmədiyi ziyafətin fotosu mediaya sızıb. Görüşlə bağlı jurnalist sual verib. Ərdoğan fotonun necə çəkildiyi ilə maraqlanıb. Jurnalistlə aralarında maraqlı dialoq keçib. Ərdoğan bildirib ki, belə şey ola bilməz: "Çünki mətbuatdan kimsə olmayıb. Necə olur bu iş?" Bu sözlərdən sonra Ərdoğanın mətbuat katibi İbrahim Qalın "Bu da bizim sirrimiz olsun" deyib.
Qeyd edək ki, ziyafətdən çəkilmiş fotoda Azərbaycan prezidenti İlham Əliyevin Britaniya baş naziri Tereza Mey ilə eyni masada oturduğu görünür.
OXŞAR XƏBƏRLƏR
“Bu gün 50 milyondan çox insan üçün Azərbaycan dili ana dilidir” I APA TV
Lüğətimizdə yeni mərhələ: süni intellektdən istifadə olunur I APA TV
Qırğızıstanda “Baku Resort & Spa” mehmanxanasının açılışı oldu | APA TV
İlham Əliyevə 1-ci dərəcəli “Manas” ordeni təqdim edildi
İlham Əliyevin Çolpon-Ata şəhərində rəsmi qarşılanma mərasimi olub