İspaniyada "Kataloniya böhranı" böyüyür: KÜTLƏVİ HƏBSLƏR BAŞLADI

İspaniya polisi Kataloniya hökumətinin qərargahında əməliyyat keçirib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, polis Madrid hökuməti tərəfindən qanundankənar elan olunan müstəqillik referendumu öncəsi muxtar vilayətin qərargahında yoxlama aparır.

 

Polisin İqtisadiyyat, Xarici İşlər, Əmək və Sosial Münasibətlər və Sədrlik departamentləri ilə hökumət mərkəzinə girdiyi və 1 oktyabrda keçirilməsi nəzərdə tutulan referendumla bağlı aparılan araşdırma üçün dəlil topladığı bildirilir.

 

Kataloniya prezident köməkçisi və iqtisadiyyat naziri Oriol Junquerasın köməkçisi Josep Maria Jove saxlanılıb. Kataloniya iqtidar partiyası üç hökumət üzvünün tutulduğunu açıqlayıb.

 

Oriol Junqueras radioya açıqlamasında bildirib ki, İspaniya mərkəzi hökumətinin vilayətin bütün qurumlarına və Kataloniyanın bütün vətəndaşlarına hücum edir.

 

Əməliyyat nəticəsində Kataloniyada referenduma hazırlıqda təqsirləndirilən 12 şəxs həbs olunub. Həbs olunanlar arasında Əyalət Məclisinin sədr müavini də var. Bu şəxslər referendumla bağlı təbliğat materiallarının yayılmasında ittiham olunur.

Bu arada "Biz bacaracağıq!" hərəkatının lideri əhalini bölgə suverenliyinin qorunması üçün səfərbər olmağa çağırıb.

 

Qeyd edək ki, Kataloniya rəhbərliyi oktyabrın 1-də referendum keçirəcəyini elan etdikdən sonra Ali Məhkəmə bu qərarın qanunsuz olduğu ilə bağlı qərar verib.
 

 



 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR